Hindistan İsraillə İran arasındakı münaqişənin həllinə Ukrayna ilə bağlı vəziyyətdə olduğu qədər müdaxilə etməyəcək. Bu barədə TASS-a Hindistanın İmagindiya İnstitutunun analitik mərkəzinin prezidenti Robinder Saçdev bildirib.
“İsrail və İran məsələsində Hindistan müsbət diplomatik rol oynamağa davam edəcək, dialoqu təşviq edəcək və hərbi əməliyyatlardan imtina etməyə çağıracaq. Lakin Hindistan Ukrayna ilə vəziyyətdə olduğu kimi onlar arasındakı münaqişəni dayandırmaq üçün aktiv şəkildə müdaxilə etməyəcək”, – ekspert bildirib. Analitikin proqnozuna görə, “Hindistanın bir neçə ay ərzində Ukrayna münaqişəsini dayandırmaq imkanı var”. (Tass)