Avqust 24, 2025-23:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə “icazə verən” FHN-in sabiq şöbə rəisinə hökm oxunub

2024:11:05 - 16:37
in HADİSƏ
A A
Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına icazə sənədlərinin alınmasını vəd edərək dələduzluq etməkdə təqsirləndirilən Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinin əməliyyat şöbəsinin sabiq rəisi Asim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.“Report”un əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə həmin şöbənin sabiq rəisi, kapitan Asim Əliyevə hökm oxunub.Hökmə əsasən, o, bu əməlinə görə üç il müddətinə azadlıqdan məhrum edilib. Onun hazırkı cəzası 2023-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə birləşdirilib.Asim Əliyevin üzərində qəti olaraq iki il müddətə Fövqəladə Hallar Nazirliyi sistemində müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə altı il altı ay müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, o, fərdi şəxslərə Bakıda üzərində hər hansı tikintinin aparılmasının qadağan olunduğu dövlət şirkətinə məxsus ərazilərdə inşa edilmiş yaşayış evlərinə, eləcə də həmin torpaq sahələrinə mülkiyyət hüququna dair sənədlərin, eləcə də müvafiq tikinti aparılmasına dair icazələrin alınmasını təşkil edə biləcəyinə dair yalan vədlər verib. Bu məqsədlə zərərçəkənlərdən külli miqdarda pul alaraq onlara qarşı dələduzluq etməkdə təqsirli bilinib.Asim Əliyev Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.Qeyd edək ki, Asim Əliyev 2023-cü ildə həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə beş il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Əvvəlki Yazı

DİM: Taksi sürücüsü olmaq istəyən üç nəfər başqasının yerinə imtahana girməyə cəhd edib

Növbəti Yazı

Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.