İsrail Hərbi Hava Qüvvələri Suriyanın Livanla sərhədi yaxınlığındakı Quseyr bölgəsində şiə Hizbullah hərəkatının sursat təchizatı bölməsinin silah anbarlarına hücum edib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusunun məlumatına görə, “Hizbullahın silah-sursat təchizatı bölməsi Livanda silah saxlamağa cavabdehdir və son zamanlar fəaliyyətini Suriyanın Suriya-Livan sərhədi yaxınlığındakı Quseyr bölgəsinə qədər genişləndirib”. “Bu, Hizbullahın Suriyadan Livana qaçaqmalçılıq yolları ilə silah ötürmək üçün logistika infrastrukturu yaratmasının başqa bir nümunəsidir”, – İsrail ordusu bildirib.
“Hizbullah” hərəkatı “mülki ərazilərdə terror infrastrukturu yaradaraq mülki əhalini təhlükə altına almaqda davam edir”, mətbuat xidməti qeyd edib.