ABŞ prezidentliyinə namizəd Donald Trampın prezident seçkilərində qalib gəlməsi ehtimalı 91 faizdir. Bunu “Polymarket” bukmeker agentliyinin Bakı vaxtı ilə saat 07:40-a olan məlumatları sübut edir.
Onun hesablamalarına görə, Demokratlar Partiyasından prezidentlik yarışında Trampın rəqibi Kamala Harrisin şansı 9% qiymətləndirilir. Ağ Evin keçmiş rəhbərinin qələbəsinə qoyulan mərclərin məbləği təxminən 1,410 milyard dollar, Harrisin qələbəsinə isə 912 milyon dollar təşkil edir. (Tass)