İyun 21, 2025-0:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan səfiri Baham Adalarında keçirilən tədbirdə COP29-la bağlı çıxış edib

2024:11:06 - 10:00
in SİYASƏT
A A

Baham Adalarının Böyük Bahama (Grand Bahama) şəhərində bu ölkənin Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən “Diplomatiya Həftəsi” tədbiri çərçivəsində keçirilən “İqlimə Həssas Dövlətlər üçün Dayanıqlı İnkişaf Gündəliyi” (A Sustainable Development Agenda for Climate Vulnerable States) adlı panel müzakirələrində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev COP29-la bağlı çıxış edib.Bu barədə “Report”a Azərbaycanın Kuba Respublikasındakı səfirliyindən məlumat verilib.Səfir Azərbaycanın COP29-a hazırlığı və sədrliyi çərçivəsindəki fəaliyyəti barədə məlumat verib. Bu xüsusda ölkəmizin baxışının iki istiqamətə, ambisiyaların artırılması və fəaliyyətə təkan verməyə əsaslandığını bildirilib. Tərəf ölkələrin milli planlara və şəffaflığa sadiqliyinin təmin edilməsi, ambisiyaları fəaliyyətə çevirmək, emissiyaları azaltmaq, iqlim dəyişmələrinə uyğunlaşmaq, itki və zərəri aradan qaldırmaq üçün əsas vasitələrdən biri olan maliyyənin vacib rolunu qeyd edib.R.Rzayev Azərbaycanın COP29-un sədri qismində bütün maraqlı tərəfləri dinlədiyini, onlarla əməkdaşlıq etdiyini, geniş müzakirələr apardığını, hər kəsin səsinin eşidilməsinə və fikirlərinin nəzərə alınmasına və ortaq həll yolları axtarmaqla inklüziv nəticələrin əldə edilməsinə çalışdığını söyləyib.İqlim dəyişmələrinə həssas olan İnkişaf Etməkdə olan Kiçik Ada Dövlətləri (SIDS) ilə bağlı Sədrliyin fəaliyyəti, Azərbaycanın bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab etdiyini, onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstək göstərməsi barədə danışıb.Çıxış zamanı səfir, həmçinin, Azərbaycanın COP29-a Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində elan edilmiş qlobal təşəbbüslər barədə məlumat verərək bu təşəbbüslərin məqsədinin iqlim fəaliyyətini irəlilətmək, iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək olduğunu bildirib. Panel müzakirələri daha sonra sual-cavab hissəsi ilə davam edib.

Əvvəlki Yazı

CNN Kaliforniyada Harrisə qələbə qazandırır

Növbəti Yazı

ABŞ-da səsvermə Alyaskada seçki məntəqələrinin bağlanması ilə başa çatıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.