Avqust 25, 2025-22:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Akademik: 8 Noyabr – Zəfər Günü bütün Türk dünyasının bayramıdır

2024:11:06 - 15:19
in SOSİAL
A A

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.Fizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə və bu elmi müəssisənin əməkdaşı olmuş I Qarabağ müharibəsi iştirakçısı Salman Rzayevin guşəsinə gül dəstələri qoyulub.İnstitutun baş direktoru akademik Arif Həşimov noyabrın 8-nin Azərbaycan tarixindəki yerindən bəhs edib. O, Zəfər Gününün dünya azərbaycanlılarının, ümumilikdə Türk dünyasının bayramı olduğunu vurğulayıb. Akademik Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun göstərdiyi şücaətdən danışıb. Diqqətə çatdırıb ki, 30 ildən sonra əldə olunan Zəfərin təməli Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər Azərbaycana rəhbərliyinin ikinci dövründə ölkədə ordu quruculuğu üçün mühüm tədbirlər həyata keçirib. İnstitutun rəhbəri qeyd edib ki, canlarından keçmiş Vətən oğullarının xatirəsini əziz tutmaq, onları gələcək nəsillərə tanıtmaq hər birimizin vətəndaşlıq borcudur.Akademik Arif Həşimov I Qarabağ müharibəsi zamanı Fizika İnstitutunun əməkdaşlarından Yusif Əbilovun Şuşa, Laçın, Füzuli, Tərtər, Əbülfət Qasımovun Murovdağ, Şəmsi Hacıyevin isə Zəngilan, Füzuli döyüşlərində iştirak etdiyini xatırladıb.Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlimə Mehdiyeva vurğulayıb ki, xalqın mübariz oğulları Prezident, Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu altında birləşərək torpaqlarımızı düşmən əsarətindən azad etdilər.Professor Adilə Abbasova bu günlərdə keçiriləcək COP29 tədbirinin əhəmiyyətindən danışıb. Bildirib ki, genişmiqyaslı tədbirə Azərbaycanın ev sahibliyi etməsi tarixi hadisədir, ölkənin bütün dünyada tanınmasından xəbər verir. Adilə Abasova çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət nəticəsində torpaqlarımızın azad olunmasından, eləcə də həmin ərazilərdə aparılan bərpa və quruculuq işlərindən söz açıb.Sonda fizika üzrə fəlsəfə doktorları Zaur Süleymanov, Lalə Əliyeva, böyük elmi işçi Şəfəq Əhədzadə, YAP-ın fəal üzvi, elmi işçi Bayram Xudayarov Zəfər Gününün tarixindən, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni dövrün başladığından, əmin-amanlığın yaranması üçün görülən tədbirlərdən və s. danışıblar.

Əvvəlki Yazı

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Zəfər Gününə həsr edilən tədbir keçirilib

Növbəti Yazı

Elm və Təhsil Nazirliyinin Şəki-Zaqatala üzrə yeni Çağrı Mərkəzi istifadəyə verilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.