Daha əvvəl Donald Tramp haqqında təhqiramiz sözlər deyən Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi onu ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
“Donald Trampı qələbə münasibətilə təbrik edirəm. Böyük Britaniyanın ABŞ-dan böyük dostu yoxdur və Atlantik okeanının hər iki tərəfində 80 ildən çox davam edən xüsusi münasibətlər qorunur. Biz sizinlə və vitse prezdentinizlə ilə işləməyi səbirsizlənirik” Devid Lammy yazıb. (Tass)