Avropa İttifaqı 2040-cı illərdə istifadəyə verilə biləcək yeni nəsil döyüş gəmisinin hazırlanması və yaradılması üzərində işlərə başlayıb. Bu barədə “Defence News” Avropa Müdafiə Agentliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, blokun müdafiə nazirləri iki həftə sonra keçiriləcək iclasda layihənin həyata keçirilməsinə dair niyyət məktubu imzalaya bilərlər. Ən böyük donanmalara malik olanlar da daxil olmaqla altı dövlət bununla “çox maraqlıdır”.
Ekspertlərin fikrincə, Aİ ölkələrinə gələcəkdə ən azı 30 belə döyüş gəmisi lazım olacaq. Proqramın büdcəsi 20 milyard avronu keçə bilər.
Avropa Dəniz Sənayesi Qrupunun sədri Fernando Qarsiya hesab edir ki, “bu yeni nəsil gəmilər indi mövcud olan gəmilərdən qəti surətdə fərqlənəcək, çünki “dənizdə müharibə” ssenarisi, o cümlədən dronların gəlişi səbəbindən çox dəyişir. (Tass)