Livandan İsrailin şimalına raket hücumu nəticəsində bir nəfər ölüb. Bu barədə İsrail polisi məlumat yayıb.
Onun sözlərinə görə, öldürülən kişinin meyiti yəhudi dövlətinin şimalındakı Kfar Masaryk kəndi yaxınlığında aşkar edilib.
“Görünür, o, raketin onun yanına düşməsi nəticəsində yaralanıb”, – deyə polisin mətbuat xidmətindən bildirilib. (Tass)