Fələstinin baş naziri Mohammed Shtayyeh fələstinlilərin “kütləvi məhvinə” və Qəzza zolağında “etnik təmizləməyə” son qoymağa çağırıb.
“Fələstinlilərə (Qəzzəyə) qarşı 10-cu gündür blokada, su və elektrik çatışmazlığı şəraitində davam edən kütləvi qırğın və etnik təmizləməni dayandırmaq lazımdır”, – deyə Ştayye Facebook səhifəsində yazıb.
Eyni zamanda, baş nazir Fələstin xalqının “təslim olmayacağını” vurğulayıb. (Tass)