İyun 27, 2025-15:07
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Praqada Azərbaycan Evi açılıb

2024:11:07 - 14:07
in SİYASƏT
A A

Çex Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan Evinin açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, mərasim Azərbaycanın və Çexiyanın Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Sonra Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Natəvan” Cəmiyyətinin sədri, Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova cəmiyyətin və Çexiyadakı Azərbaycan icmasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradov bu günə qədər dünyanın 17 ölkəsində Azərbaycan Evi açıldığını bildirərək bu evlərin açılmasının Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsi olduğunu qeyd edib.

Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov Azərbaycan Evinin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və burada yaşayan azərbaycanlıların ölkəmizi tanıtmaq üçün böyük potensiallarının olduğunu diqqətə çatdırıb.

Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Land of Fire” təşkilatının rəhbəri Fərid Əmirəliyev Azərbaycan Evinin açılışında yaşanan qələbəliyi soydaşlarımızın birliyinin rəmzi adlandırıb.

Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert çıxış edərək Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə də təbrik edib. “İnanıram ki, Praqada açılan Azərbaycan Evi azərbaycanlılarla bərabər həm də bizim evimiz olacaq bu evin qapıları hər kəsə açıq olacaq”, – deyə M.Ekert qeyd edib

Qazaxıstanın Çexiyadakı səfiri Bakit Düsenbayev Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türk xalqlarının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycan Evində mədəni hissə və həftəsonu məktəbi də fəaliyyət göstərəcək.

Sonda fleyta ifaçısı Hana Jıtnıkova, pianoçu Lamiyə Axundova və 2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəfli tərəfindən çıxışlar təqdim edilib.

 

 

 

Əvvəlki Yazı

Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər I oxunuşda qəbul edilib

Növbəti Yazı

QMİ sədri Ağdamda dini liderlərə müraciət edib: Həqiqəti dünyaya çatdırmağınızı istəyirik

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.