İyul 2, 2025-6:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

COP29 çərçivəsində nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər təqdimat edilib

2024:11:07 - 16:29
in MƏDƏNİYYƏT
A A

2024-cü il noyabrın 4-5-də Braziliyanın Salvador şəhərində G20 çərçivəsində “Mədəniyyət və İqlim dəyişikliyi” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, sözügedən seminarda “COP: Mədəniyyət iqlim dəyişmələrinin mərkəzində” adlı panel sessiyada Mədəniyyət Nazirliyinin əməkdaşı Ceyran Cəfərova tərəfindən iştirak təmin olunmuşdur. Braziliyanın mədəniyyət nazirinin müşaviri tərəfindən moderasiya olunan sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi ilə yanaşı COP28 Sədrliyindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mədəniyyət Nazirliyi, eyni zamanda COP30 Sədrliyi qismində Braziliya Federativ Respublikasının Mədəniyyət Nazirlikləri təmsil olundular.İlk növbədə BƏƏ tərəfi COP28 zamanı həyata keçirilən 1-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu barədə məlumat verərək mədəniyyətin iqlim fəaliyyətindəki roluna həsr olunan tədbirlərin həyata keçirilməsi zamanı üzləşdikləri çətinliklər barədə danışdı. Sonda isə COP29 zamanı bu tədbirlərin keçirilməsi üçün göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirdi.

İnteraktiv keçən panel sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən həyata keçiriləcək 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu, eyni zamanda COP29 çərçivəsində təqdimatının baş tutacağı “Culture for Climate” (C4C) təşəbbüsü barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi.

Ardınca Azərbaycanın mədəniyyətin iqlim gündəliyinə daxil edilməsi istiqamətində gördüyü digər işlər, 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, həmçinin 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunda 2 sessiyanın məhz iqlim və mədəniyyətə həsr olunması barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Braziliya Mədəniyyət Nazirliyinin nümayəndəsi isə hər iki təqdimatçıya detallı məlumatlara görə təşəkkürünü bildirərək COP30 zamanı həyata keçiriləcək Yüksək Səviyyəli Nazirlər Dialoq üçün ilkin hazırlıq işlərinin artıq başladığını, eyni zamanda Azərbaycanda keçiriləcək tədbirlərin nəticələrini gözlədiklərini bildirdilər. Sonda Braziliya tərəfi də öz növbəsində Azərbaycana təşəbbüsü dəstəklədiyi üçün minnətdarlığını bildirdi.

Əvvəlki Yazı

AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib

Növbəti Yazı

İsrail Livandan atılan 40 raketi qeydə alıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.