Gürcüstan parlamenti bu həftə respublika prezidenti Salome Zurabişvilinin impiçmenti məsələsinə səs verəcək. Bunu Gürcüstanın qanunverici orqanının spikeri Şalva Papuaşvili parlament bürosunun iclasında deyib.
“Parlamentin bu məsələyə [prezidentin impiçmenti] baxıb səs verməsi üçün iki həftə vaxtı var. Cari həftənin iclası olduğu və gələn həftə olmadığı üçün bu məsələyə cari həftə ərzində baxıb səsvermə etsək, düzgün olardı” – Papuaşvili bildirib. (Tass)