Avqust 22, 2025-16:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

“Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusunda tədbir keçirilib

2024:11:11 - 16:40
in GÜNDƏM
A A

COP29-un Yaşıl Zonasının açılış günündə dayanıqlılıq mövzusuna həsr olunmuş tədbir baş tutub. Tədbirdə COP29-un iqlim fəaliyyəti üzrə təşəbbüsləri müzakirə edilib.AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil olunmuş panel sessiya “Xalis sıfır karbon emissiyası istiqamətində: COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” mövzusuna həsr olunub.COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf, iqlim dəyişmələri və yaşıl maliyyələşmə üzrə beynəlxalq təcrübəli COP29-un dayanıqlılıq üzrə məsləhətçisi Marina Olşanskaya, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini Sabit Zeyniyev, elektrik və elektron istehsal sənayesində zəngin iş təcrübəsinə malik mütəxəssis Rüstəm Qasımov, Yeni Zelandiyadan olan xeyriyyəçi və sahibkar Deyv Rozun iştirak etdiyi müzakirə sessiyasında tullantıların düzgün idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz texnologiyalar, istixana effekti yaradan qaz (İXQ) emissiyalarının azaldılması kimi mühüm mövzulardan danışıblar.Tədbir COP29-u daha dayanıqlı şəkildə keçirmək məqsədi daşıyan təşəbbüsləri müzakirə etmək məqsədilə Azərbaycan və dünyanın hər yerindən dayanıqlılıq sahəsində əsas maraqlı tərəfləri və tərəfdaşları bir araya gətirib. Sessiyada COP29-un müxtəlif dayanıqlılıq tədbirlərinə, o cümlədən tullantıların idarə edilməsi, bərpaolunan enerji həlləri, ekoloji cəhətdən təmiz mobillik, istixana qazı (İXQ) emissiyalarının idarə edilməsi və xalis sıfır karbon emissiyasına nail olmaq səyləri müzakirə olunub.Sessiyada dayanıqlılıq təşəbbüslərinin ərsəyə gətirilməsi və tətbiqi istiqamətindəki ortaq səylər barədə məlumat verilib. Həmçinin COP29-un daha yaşıl və resurslardan səmərəli şəkildə istifadə edən tədbir kimi həyata keçməsinə necə dəstək vermələri barədə məlumatlandırılıblar.

 

Əvvəlki Yazı

Borrell: Aİ Ukraynaya vəd etdiyi 1 milyon mərmidən 980 mindən çox mərmi ötürdü

Növbəti Yazı

Scholz noyabrın 13-də müxalifətin etimad səsverməsi tələbini rədd edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.