A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin saz ixtisası üzrə təhsil alan II sinif şagirdləri Əkbər Məmmədli və Elnar Əzizli Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən ÜMİD- 2024 Beynəlxalq İncəsənət Müsabiqəsində uğurla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, müsabiqədə çıxış edən Əkbər Məmmədli I dərəcəli laureat, Elnar Əzizli isə II dərəcəli laureat adına layiq görülüblər.