Aİ, koronavirus pandemiyasından sağalmaq üçün nəzərdə tutulmuş istifadə olunmamış borc vəsaitlərinin 93 milyard avronu müdafiəyə yönləndirməyi nəzərdən keçirir. Bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Onun məlumatına görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen fevralın 18-də Avropa Xalq Partiyasının üzvləri ilə görüşündə bu ehtimalı qeyd edib. Qəzet maliyyələşdirmə hədəflərinin dəyişdirilməsi üçün Aİ ölkələrinin əksəriyyətinin və Avropa Parlamentinin razılığını tələb edəcəyini vurğulayıb. Bundan əlavə, Brüssel regional inkişaf üçün ayrılan vəsaiti müdafiə layihələrinə yönləndirə və ya müdafiə qabiliyyətini artırmaq üçün “ümumi Avropa maliyyələşdirməsi”nə başlaya bilər. (Tass)