İyul 31, 2025-2:49
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

ABAD-çı Nigar: Əvvəllər sevə-sevə hazırladığım işləri satmaq o qədər də asan deyildi

2024:03:05 - 15:10
in MƏDƏNİYYƏT
A A

Sumqayıtda onu “Kukla Nigar” kimi tanıyırlar. Bu, onun hazırladığı biri-birindən gözəl suvenir kuklalarla bağlıdır. Elə özünün də, görünür, bundan xoşu gəlir… Bu haqda ona danışanda üzü güldü, ovqatı açıldı… Niyə də yox!? Dekorativ tətbiqi xalq sənətkarlıq sahəsinə aid olan bir neçə istiqamətdə çalışan bu zərif xanımın böyük zəhmətin, səbrin hesabına ərsəyə gətirdiyi göz oxşayan suvenirlər – kuklalar, gəlinciklər, xalçalar, milli geyimlər və digər əşyaların hər biri onun ruhunun parçasıdır… Söhbət 13 yaşında doğulduğu Qubadlıdan Sumqayıta məcburi köçkün kimi pənah gətirmiş Nigar İsmayılovadan gedir.

AZƏRTAC-ın müxbiri Nigarla Sumqayıtın mərkəzində yerləşən balaca emalatxanasında görüşüb. “Uşaqlıqdan məişət əşyaları, milli geyimlər diqqətimi çəkirdi, adət-ənənələrimizi maraqla izləyirdim, qədim xalçalara xüsusi maraq göstərirdim, onların yaranma texnikasını öyrənməyə can atırdım. Məhz bu maraq, həvəs mənim sənətlə ciddi məşğul olmağıma təkan verdi”, – deyə söhbətə başlayan Nigar bir vaxtlar hobbi kimi qəbul etdiyi məşğuliyyətin sonralar onun sevdiyi peşəyə çevrilməsini qürurla vurğulayır.

“Əvvəlcə milli gəlinciklər hazırlamağa başladım. Araşdırma aparıb məlumat topladım. Düzü, gəlincikləri hazırlamaq üçün lazımi materialları tapmaqda çətinlık çəkdim… Amma hər çətinliyi yoluna qoymaq olar. Beləliklə, kuklalara həyat vermək üçün əvəzedici materiallardan istifadə etdim”, – deyə Nigar uğur hekayəsini danışır: “Qədim parçaları indi tapmaq çətindir… Milli gəlinciklərlə yanaşı, mən qurama mücrülər, telefon qabları da hazırlayıram. Telefon qablarının üstünü xalça naxışı ilə tikirəm. Əslində, gördüyüm işlə əsas məqsədim odur ki, milli dəyərlərimiz qorunaraq gələcək nəsillərə ötürülsün. Əvvəllər sevə-sevə hazırladığım işləri satmaq o qədər də asan deyildi. Sərgilərin birində ABAD-ın nümayəndələri işlərimi görüb bəyəndilər və məni öz “ailə” üzvlüyünə dəvət etdilər. Hazırda suvenirlərin satılmasında heç bir çətinlik çəkmirəm. İşlərim suvenir kimi dünyanı gəzir”.

Onu dinlədikcə məqsədinə çatmaqda israrlı olan bu məlahətli xanımın işinə bağlılığının, işgüzarlığının, rahat aurasının, çətinlikləri inadla dəf etmək bacardığının şahidi olduq.

Əvvəlki Yazı

Keçən il Azərbaycanda qanunsuz dini təbliğatla məşğul olan 45 nəfərə cinayət işi açılıb

Növbəti Yazı

Azad edilən rayonlarda ötən il minalardan təmizlənən ərazilərin həcmi açıqlanıb – SİYAHI

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.