Mart 15, 2025-7:03
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Abbas Abbasov BMT-də Fransa müstəmləkələrindən danışdı

11 mart 2025-ci il tarixində Bakı Təsəbbüs Qrupunun ( BTQ) icraçı direktoru Abbas Abbasov BMT-nin İnsan Hüquqları Şurasının 58-ci sessiyasında iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə BTQ məlumat yayıb.

Abbas Abbasov, Fransa müstəmləkə siyasətinin zərər çəkmiş ərazilərdə ərzaq təhlükəsizliyinə təsirlərindən və sağlam qidaya əlçatanlığın olmamasından danışıb.

O, qeyd edib ki, müstəmləkə idarəçiliyi yerli qida sistemlərini dağıdıb və əhalini xarici resurslardan asılı vəziyyətə qoyub. Mayot adasında uşaqların 80%-i yoxsulluq şəraitində yaşayır, Fransız Qvianasında isə bu göstərici 60%-dir ki, bu da ərzaq çatışmazlığını və qidalanma problemlərini daha da artırır.