Mühasirəyə alınmış Qəzza zolağında yerləşən bütün infrastrukturun demək olar ki, 90%-i hazırda İsrail qüvvələrinin hərəkətləri nəticəsində məhv edilib. Bunu Dohada açılan Asiyada Əməkdaşlıq üzrə Dialoqun (DCA) üçüncü sammitində çıxış edən Fələstin prezidenti Mahmud Abbas deyib.
“İsrailin davam edən təcavüzü Qəzza zolağının infrastrukturunun təxminən 90%-nin məhvinə səbəb olub”, – Fələstin lideri qeyd edib. O, İsrail qüvvələrinin “başqa şeylərlə yanaşı, anklav ərazisində yerləşən demək olar ki, bütün idman obyektlərini məhv etdiyini” vurğulayıb.
Abbas İsrailin həm Fələstin sektorunu, həm də Livanın cənub bölgələrini və ölkənin paytaxtı Beyrutu bombalamasını kəskin şəkildə pisləyib. Fələstin prezidenti beynəlxalq ictimaiyyəti “İsrail təcavüzünü dayandırmaq və daha çox qan tökülməsinin qarşısını almaq üçün Qəzza və Livanın cənubunda baş verən hadisələrə dərhal müdaxilə etməyə” çağırıb.