Fələstin prezidenti Rusiya və onun rəhbərliyinə Fələstin xalqına göstərdiyi güclü dəstəyə görə minnətdarlığını bildirib. O, bu barədə Kazanda Rusiya lideri Vladimir Putinlə BRİKS sammiti çərçivəsində keçirilən görüşdə bildirib.
“Mən Rusiyaya və onun rəhbərliyinə Fələstin məsələsini və xalqımızı dəstəkləməkdə göstərdikləri daimi və qəti mövqeyə görə təşəkkürümü bildirirəm”, – Abbas deyib. (Tass)