Fələstin prezidenti Mahmud Abbas Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə etmək üçün martın 5-də Ankaraya gələcək. Bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Antalya Diplomatik Forumunda çıxışı zamanı deyib.
“Fələstin prezidenti Mahmud Abbas gələn çərşənbə axşamı Ankaraya gələcək. Türkiyə Fələstin məsələsini dəstəkləyir və biz onun dəstəyinə hər zaman arxalana biləcəyimizi hiss edirik” deyib.
Əl-Maliki qeyd edib ki, “müsəlman ölkələri və beynəlxalq ictimaiyyət İsrailin bölgədəki vəziyyəti dəyişdirmək üçün onilliklər boyu cəhdlərinə qarşı çıxmaqda aydın mövqe tutmalıdır”.
O, əmindir ki, Yaxın Şərqdə baş verənlərlə bağlı “Avropa ölkələri təşəbbüs göstərməlidir”. “Və bu, Fələstin dövlətinin tanınması ilə başlaya bilər. Bundan sonra Qəzzada işləyəcək yeganə səlahiyyətli və qanuni rəhbərlik Fələstin Administrasiyasıdır. Həm Qəzzada, həm də İordan çayının qərb sahilində”, – nazir deyib. (Tass)