Fələstin prezidenti Mahmud Abbas Fransa prezidenti Emmanuel Makron ilə telefon danışığı keçirib və Fələstin ərazilərindəki son hadisələri müzakirə ediblər.
Fələstin xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, iki lider “fələstinlilərin öz torpaqlarından didərgin düşməsinə qarşı çıxdılar, [fələstinlilərə] təcili humanitar yardımın göstərilməsinə, [Qəzzə zolağında] atəşkəsin gücləndirilməsinə və Fələstin Milli Administrasiyasının Qəzza zolağına görə məsuliyyəti öz üzərinə götürməsinə çağırıblar”.
Abbas və Makron “beynəlxalq hüquqa əsaslanan iki dövlətli həll yoluna (Fələstin və İsrail dövlətlərinin yan-yana yaşaması nəzərdə tutulur) irəliləmənin, eləcə də bu ilin iyununda beynəlxalq sülh konfransının keçirilməsinin” zəruriliyini bəyan ediblər. (Tass)