Birləşmiş Ştatlar hesab edir ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması tərəflərin əsirləri dəyişdirməsindən sonra mümkündür. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
Dövlət Departamentinin sözçüsü deyib: “Biz bu gün səhər saatlarında (13 dekabr – TASS qeydi) əsir götürülmüş Ermənistan və Azərbaycan vətəndaşlarının qaytarılmasını, həmçinin əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq”hər iki tərəf buna nail olmağa hazır olsa, sülh mümkündür”.
Miller əlavə edib ki, ABŞ Bakı və İrəvanla bu istiqamətdə işi davam etdirəcək.
Dekabrın 13-də Azərbaycan və Ermənistan müxtəlif vaxtlarda saxlanılan hərbi qulluqçularını dəyişdirib.Dekabrın 7-də Azərbaycan prezidentinin administrasiyası və Ermənistanın baş nazirinin ofisi birgə bəyanat yayaraq, hərbçilər tərəfindən saxlanılan məhbusların mübadiləsinə dair razılığın əldə olunduğunu açıqlayıb. Məlumatda vurğulanır ki, mübadilə qərarı Bakı və İrəvan arasında birbaşa danışıqlar nəticəsində qəbul edilib. (Tass)