ABŞ hökuməti 30 gün ərzində venesuelalı miqrantları vətənə qaytaran reyslər göndərməyə başlayacaq. Bu barədə “ The New York Times” qəzeti yeni Amerika administrasiyası dövründə sərhədlərin təhlükəsizliyinə və qeyri-qanuni mühacirlərin deportasiyasına cavabdeh olan Tomas Homana istinadən yazır.
Nəşrin məlumatına görə, Homan Venesuelanın miqrasiya məsələsində ABŞ-la əməkdaşlıq edəcəyini açıqlayıb. O, ABŞ-dan venesuelalı miqrantları daşıyan uçuşların “növbəti 30 gün ərzində” başlayacağını gözləyir. (Tass)