Ağ Ev təsdiq edib ki, ABŞ Azərbaycan və Qazaxıstana Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının şəraitinin araşdırılmasında yardım təklif edib. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.
“Biz bu təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalını göstərən bəzi ilkin əlamətlər gördük. Hazırda araşdırma aparılır. Qazaxıstan və Azərbaycan bunu birgə aparır”, – Kirbi deyib. “Biz bu araşdırmada öz köməyimizi təklif etmişik. Biz bu prosesə hörmətlə yanaşacağıq” deyib.
ABŞ-ın təyyarə qəzası ilə bağlı real kəşfiyyat məlumatı olub-olmaması ilə bağlı suala Kirbi müsbət cavab verib. “Qısa cavab bəli” deyib lakin heç bir təfərrüat verməyib. (Tass)