İyun 22, 2025-2:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

ABŞ Azərbaycana hərbi və digər yardımların dayandırıldığını açıqlayıb

2023:11:15 - 20:24
in DÜNYA
A A

Birləşmiş Ştatlar Azərbaycana hərbi və digər yardımları dayandırdı, bəzi yüksək səviyyəli səfərləri ləğv etdi və Vaşinqton Bakıya Ermənistanla sülh danışıqlarında irəliləyiş əldə olunmayana qədər ikitərəfli münasibətlərin normallaşmayacağına işarə etdi. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen məlumat verib.

“Biz açıq şəkildə bildirdik ki, 19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş görməyincə Azərbaycanda heç bir şey normal olmayacaq. Buna görə də biz bir sıra yüksək səviyyəli səfərləri ləğv etdik, [Bakının] hərəkətlərini pislədik və biz vəziyyətin həqiqi yaxşılaşmasını görənə qədər [yardımın sonrakı ayrılması] şərtlərindən imtina barədə bildiriş təqdim etməyi gözləyirik”, – diplomat ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı çıxışı zamanı deyib.

“Biz dəfələrlə işarə etmişik ki, Ermənistan daxilində güc tətbiqi tamamilə qəbuledilməzdir”, O’Brayen qeyd edib. O, etiraf edib ki, Azərbaycan ABŞ-ın diqqətinə belə planların olmadığı barədə məlumat çatdırıb. “Bakıdakı hakimiyyət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur. Biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik. Qeyd etdiyim kimi, biz onlara dedik ki, geri qayıtmaq şansı yoxdur. Həmişə olduğu kimi, sülh sazişi bağlanmamış qalır”, – ABŞ xarici siyasət rəsmisi vurğulayıb. (Tass)

Əvvəlki Yazı

Dövlət Departamenti bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi Bakıdan asılıdır

Növbəti Yazı

Dövlət Departamenti iddia edir ki, Qarabağdakı Rusiya sülhməramlılarına əvəzedici tapılmalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.