Azərbaycan Amerika Birləşmiş Ştatlarına (ABŞ-a) qeyri-neft məhsullarının ixracını artırıb.
Teleqraf xəbər verir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, bu ilin yanvar ayında ABŞ Azərbaycandan 5 milyon 396 min dollar dəyərində qeyri-neft məhsulu alıb.
Bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 604 min dollar və ya 14 faiz çoxdur.Ötən ilin yanvarında ABŞ-ın Azərbaycandan bu cür məhsulların idxalı 4 milyon 732 min dollar dəyərində olmuşdu.
Ümumiyyətlə, 2024-cü ildə ABŞ Azərbaycandan 134 milyon 663 min dollar dəyərində qeyi-neft məhsulu idxal edib.