ABŞ rəsmilərinin Ukraynaya kömək etmək üçün vəsaitləri yoxdur, lakin müttəfiqlərin ona dəstək verməyə davam edəcəyini gözləyirlər. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.
“Biz, əlbəttə ki, istəyirik ki, müttəfiqlərimiz və tərəfdaşlarımız da bunu edə bilsinlər [Ukraynaya kömək etməyə davam etsinlər]”, – o, ABŞ prezidenti Co Bayden administrasiyasının Konqres etmədiyi təqdirdə Kiyevə kömək etmək üçün hansı variantlara malik olduğuna dair sualı cavablandırarkən deyib.
“Bizim artıq bunun üçün pulumuz yoxdur” deyə o, Ukraynanın maliyyələşdirilməsindən danışıb. Kirbi, Konqres əlavə vəsait ayırmasa, Vaşinqtonun 27 dekabr 2023-cü ildə elan etdiyi ABŞ-ın Ukraynaya hərbi yardım paketini qeyd edərək bunun mümkün olmayacağını bildirib”.