Amerika lideri Donald Tramp bir sıra ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan etməyi planlaşdırır. Bu barədə cümə axşamı “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Tramp administrasiyası ölkələrin qırmızı siyahısını tərtib etmək üzərində işləyir. Buraya çox güman ki, Trampın ilk dövründə vətəndaşlarının ABŞ-a girişi qadağan edilmiş ölkələr də daxil olacaq. Onların arasında “The New York Times” Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudanın adını çəkir. Bundan başqa, vətəndaşlarının “ABŞ-a girişi qəti qadağan olunacaq” ölkələrin siyahısı Əfqanıstanla da əlavə oluna bilər.
Qırmızı siyahı ilə yanaşı, ölkələrin narıncı siyahısı da təqdim ediləcək. Vətəndaşlarının ABŞ-a girişi müəyyən viza növləri və daha qısa qalma müddətləri ilə məhdudlaşdırılacaq.
Sarı siyahıda olan ölkələrə pasportların verilməsi qaydaları və səyahət edənlər haqqında məlumat daxil olmaqla, ABŞ-ın bir sıra tələblərinə əməl etməklə vəziyyəti düzəltmək üçün 60 gün vaxt veriləcək. Əks halda, onlar qırmızı və ya narıncı ölkələrin kateqoriyasına yerləşdiriləcəklər.