ABŞ Konqresi Ukraynaya dəstəyi özündə əks etdirməyən İsrailə yardım layihəsini təsdiq edərsə, ABŞ prezidenti Co Bayden veto hüququndan istifadə edəcək. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Prezident yalnız İsrailə yardım qanun layihəsinə veto qoyacaq. Düşünürəm ki, biz bunu açıq şəkildə ifadə etdik”, – Kirbi bildirib. O, əlavə edib ki, Bayden “edilən bütün əlavə sorğuların kritik təhlükəsizlik ehtiyacları üçün olduğuna əmindir”. “Prezident onların hamısının nəzərə alınmasını, Konqres tərəfindən eyni zamanda hərəkətə keçməsini istəyir”, – Kirbi bildirib. (Tass)