Amerika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin Mətbuat katibi Metyu Miller Qəzzada baş verənlərlə bağlı açıqlama verib.
O, verdiyi açıqlamalarda hər müharibədə mülki itkilərin keçərli olduğunu ifadə edərək , ” ABŞ hələ də bu əməliyyat nəticəsində mülki itkilər gözləyir, təəssüf ki, bu, bütün müharibələr üçün keçərlidir” deyib.
Həyatını itirən jurnalistlərlə bağlı Miller, ” Bu qədər jurnalistin ölməsi faciədir. Necə ki, bu qədər mülki şəxs öldü. Həyatını itirən jurnalist üçün başsağlığı veririk. İsrail jurnalistləri qəsdən hədəfə almır, amma Bu qədər jurnalistin ölməsi yaxşı deyil”.
Miller sözlərini belə tamamladı:
“İsrailin Qəzzanın cənubunda həyata keçirdiyi əməliyyatda şimaldakı əməliyyatla müqayisədə daha az mülki köçkün olub, daha az insan itkisi olub. Mülki can itkisinə diqqət yetirməli olduğu fikrimizi İsrailə çatdırırıq.”