ABŞ hökuməti Böyük Britaniya və Avstraliya ilə birlikdə Rusiyanın “Zservers” internet hostinq şirkəti və iki Rusiya vətəndaşına qarşı kibercinayətkarlıqla mübarizə bəhanəsi ilə sanksiyalar tətbiq edib. Bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
“ABŞ Avstraliya və Böyük Britaniya ilə koordinasiya əsasında bu gün Rusiyanın gülləkeçirməz hostinq (BPH) xidmətləri təminatçısı olan Zservers və Zservers operatoru kimi çıxış edən iki Rusiya vətəndaşına LockBit ransomware hücumlarını dəstəkləməkdə oynadıqları rola görə sanksiyalar tətbiq edib”, – sənəddə deyilir.
Sanksiya siyahısına Zservers administratorları Aleksandr Mişin və Aleksandr Bolşakov da daxil edilib.
ABŞ Maliyyə Departamentinin sənədlərinə görə, Barnaulda yerləşən Zservers LockBit haker qrupuna güllə keçirməyən hostinq xidmətləri göstərib. (Tass)