Avqust 14, 2025-11:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

ABŞ-da keçirilən sərgidə Azərbaycanın milli geyimi nümayiş olunub 

2025:05:06 - 17:30
in MƏDƏNİYYƏT
A A

ABŞ-ın paytaxtı Vaşinqtonda Prezident Vudro Vilsonun ev-muzeyində dünya ölkələrinin milli geyimlərindən ibarət ikinci ənənəvi sərgi təşkil edilib.

AZƏRTAC-ın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə sərgidə nümayiş olunan geyimlər sırasına Azərbaycana məxsus milli geyim də daxil edilib.

1 / 6
Azərbaycanın ABŞ-dakı səfirinin xanımı Zümrüd İbrahim bildirib ki, səfirlik ikinci ildir bu sərgidə iştirakdan çox məmnunluq duyur və belə bir tədbirdə iştirak etmək böyük uğurdur. Onun sözlərinə görə, sülh və diplomatiya ilə bağlı təşkil edilmiş sərgidə nümayiş olunan milli geyim Azərbaycanın və müsəlman Şərqin ilk diplomat qadını Sara Xatuna həsr olunub.

Ev-muzeyinin icraçı direktoru Elizabet Karçer açılış nitqi zamanı səfirliklərə və tədbirin təşkilində iştirak edən qurumlara öz minnətdarlığını bildirib. O qeyd edib ki, sərginin keçirilməsində məqsəd dəbin gücünü göstərmək və dəb vasitəsilə sülh mesajlarını çatdırmaqdır.

Sərgidə 50-dən çox ölkəyə məxsus milli geyimlər nümayiş olunub. Tədbirdə, həmçinin sərgilənmiş geyimlərin fotolarından ibarət jurnal qonaqlara təqdim edilib. Jurnalın Azərbaycanla bağlı bölməsində təqdim olunmuş geyimdə istifadə olunmuş parçalar, geyimin müəllifi olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli, həmçinin ilk azərbaycanlı diplomat qadın Sara Xatunun fəaliyyəti ilə bağlı məlumat qeyd olunub.

Əvvəlki Yazı

Ağdamın Qızıl Kəngərli kəndində aqrar şəhərcik yaradılacaq

Növbəti Yazı

Mədəniyyət naziri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.