Downdetector xidmətinin hesabatına əsasən, ABŞ-dan olan 40 mindən çox istifadəçi Starlink peyk rabitə sistemindəki problemlərdən şikayətlənib.
Onun məlumatlarına görə, problem bildirənlərin 60%-i internetdə nasazlıqlar olduğunu, 39%-i rabitənin tamamilə kəsilməsindən, 1%-i isə şəbəkəyə qoşulmaqdan şikayətlənib.
ABŞ-dan başqa, Ukrayna, İtaliya, Polşa və digər ölkələrdə Starlink-də fasilələr qeydə alınıb. Starlink həmçinin rəsmi saytında avadanlıqların kəsilməsi barədə məlumat verib. (Tass)