ABŞ Demokratik Milli Komitəsinin (DNC) indiki və keçmiş üzvlərindən ibarət bir qrup Kəmalə Harrisin prezidentliyə namizəd kimi irəli sürülməsinə dəstək məktubu paylayıb. Bu barədə The Washington Post məlumat yayıb.
Nəşr qeyd edib ki, hazırda ABŞ-ın vitse-prezidenti olan Harrisin tərəfdarları bu sənəd üçün imza toplayırlar. Məktubda Harrisin demokratların “ən güclü prezidentliyə namizədi” olduğu iddia edilir.
Məktubda deyilir: “Keçmiş prokuror olan Kamala Harris ABŞ demokratiyasını məhkum edilmiş cinayətkar Donald Trampdan müdafiə etmək üçün ən yaxşı namizəddir”. Artıq 50-dən çox keçmiş və ya indiki NKDP üzvü tərəfindən imzalanıb.
ABŞ prezidenti Co Bayden daha əvvəl seçki yarışından geri çəkildiyini açıqlamışdı. O, Harrisin Demokratlar Partiyasından prezidentliyə namizəd kimi irəli sürülməsini dəstəkləyib. (Tass)