ABŞ Xarici İşlər Nazirliyində “müttəfiqlərə və tərəfdaşlara silah tədarükü” bölməsinin baş meneceri vəzifəsində çalışmış Coş Paul istefasının səbəbini LinkedIn peşəkar sosial biznes şəbəkəsində dərc olunan məktubda açıqlayıb.
Məktubda deyilir ki, Paul sözügedən bölmədə xidmətə başlayanda bəzi əxlaqi dilemmalarla üzləşəcəyinin fərqində olduğunu və “faydası zərərdən çox olduğu müddətdə” dözməyə davam etmək qərarına gəldiyini bildirib.
Paul 11 illik səlahiyyət müddətində mənəvi güzəştlərə getdiyini, lakin “İsrailə öldürücü silahların verilməsinin” onun hüdudlarını aşdığını bildirib.
“Biz həm işğal əleyhinə ola, həm də işğalı dəstəkləyə bilmərik” deyən Paul, İsrailin ABŞ-ın dəstəyi ilə yürütdüyü siyasətin həm israillilərə, həm də fələstinlilərə böyük ziyan vurduğunu bildirib.
“Bir tərəfi kor-koranə dəstəkləmək heç bir tərəfə fayda vermir” dedi Paul. O, öz qiymətini verib və ABŞ-ın keçmiş səhvlərini təkrarladığını vurğulayıb.
“Mən artıq bunun bir hissəsi olmaq istəmirəm.” Paul açıqlamasında 11 illik vəzifəsindən istefa verdiyini açıqlayıb. (TRT Haber)