Türkiyənin xarici işlər naziri Hakan Fidanla danışıqlar aparmaq üçün bazar günü axşam Ankaraya gələn ABŞ dövlət katibi Antoni Blinken bu səviyyəli xarici qonaqlarla görüşmək üçün uyğun olan protokola görə qarşılanmayıb. “Axşam” qəzeti bu barədə məlumat verərək , belə bir qəbulu “şapalaqla müqayisə olunan etiraz” adlandırıb.
Nəşrin məlumatına görə, türkiyəli yüksək rütbəli məmurlardan heç biri Blinkeni qarşılamayıb və hava limanında VİP zalın yaxınlığında işıqlandırma söndürülüb. Dövlət katibini yalnız ABŞ-ın Türkiyədəki səfiri Ceff Flake, Ankara qubernatorunun müavini və Xarici İşlər Nazirliyinin nümayəndəsi qarşılayıb. “Bu, Türkiyədə ilk dəfədir ki, baş verir”, – qəzet qeyd edib.
Nəşr onu da bildirir ki, Blinkenin Fidanla danışıqların aparılacağı Türkiyə Xarici İşlər Nazirliyinin binasına gedən yolundakı körpülərdən birində yerli sakinlər Əl-Qəssam Briqadalarının nümayəndəsinin əks olunduğu plakat asıblar (Əbu Ubeydə). Bununla da onlar Qəzza sakinləri ilə həmrəy olduqlarını bildiriblər.
Blinken və Fidan arasında keçiriləcək danışıqlarda tərəflər əsasən Qəzzadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar. Ankara münaqişənin bütün regiona yayılmasının qarşısını alaraq dərhal atəşkəsin əldə olunmasında israr edir, Fələstin tərəfində böhranın həlli üçün qarant kimi çıxış etməyə hazır olduğunu bəyan edir və Yaxın Şərq üzrə beynəlxalq konfransın çağırılmasını təklif edir. ABŞ və Türkiyə diplomatik departamentlərinin rəhbərləri həmçinin İsveçin NATO-ya qəbulu, Ankaraya F-16 qırıcılarının tədarükü, regional və ikitərəfli problemləri müzakirə edəcəklər. (Tass)