ABŞ dövlət katibi Antoni Blinken Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qalantla İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatın gedişatını müzakirə edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Sənəddən məlum olduğu kimi, Blinken “Qəzza zolağının mülki əhalisini qorumaq üçün bütün mümkün tədbirlərin görülməsinin” zəruriliyini qeyd edib. O, həmçinin Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi və anklava humanitar yardımın çatdırılması perspektivlərinə toxunub.
Bundan əlavə, Blinken tamhüquqlu Fələstin dövlətinin yaradılmasının və İsrailə təhlükəsizlik zəmanətinin verilməsinin tərəfdarı olduğunu bildirib.
AFP xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Fransanın paytaxtında Misir, İsrail və Qətər nümayəndələri ilə görüşüb . NBC televiziyasının məlumatına görə, məsləhətləşmələrdə iştirak edənlər HƏMAS və İsrail arasında radikallar tərəfindən saxlanılan girovların mərhələli şəkildə fələstinli məhbuslarla dəyişdirilməsini, hərbi əməliyyatların dayandırılmasını və hökumətə humanitar yardımın çatdırılmasını nəzərdə tutan yeni saziş əsasında razılaşıblar. Yanvarın 30-da HƏMAS Parisdə keçirilən görüşdə İsraillə razılığa gəlmək təklifi aldığını açıqlayıb. (Tass)