ABŞ onlarla F-16 qırıcısı üçün Ukraynaya silah göndərməyə razılaşıb. Bu barədə mənbələrə istinadən “ The Wall Street Journal” məlumat yayıb.
Onların sözlərinə görə, Birləşmiş Ştatlar onlarla F-16 döyüş təyyarəsini “ABŞ istehsalı olan raketlər və digər qabaqcıl silahlarla” təchiz etməyə razılıq verib. Qeyd edildiyi kimi, Vaşinqton F-16-nı hava-hava raketləri ilə təchiz edəcək. (Tass)