ABŞ fevralın 24-də Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı hazırladığı qətnamə layihəsini BMT Baş Assambleyasına təqdim edəcək. Bunu ABŞ dövlət katibi Marko Rubio X-də bəyan edib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar “bazar ertəsi günü Birləşmiş Millətlər Təşkilatına tarixi qətnamə təqdim edəcək ki, təşkilatın bütün üzvləri sülhə yol açmaq üçün dəstəkləməlidirlər”. (Tass)