ABŞ gələn həftə ATACMS taktiki raketləri də daxil olmaqla silahların Ukraynaya təhvil verilməsinə başlaya bilər. Bunu ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.
“Bizə dedilər ki, prezident Co Bayden qanun layihəsini imzalayan kimi, Konqresin öz işini gördüyünə əmin olduqdan sonra, bu silahlar həftənin sonuna qədər göndəriləcək”.
Senator əlavə edib ki, yardım paketinə ATACMS daxil olmaqla, uzaqmənzilli silahlar daxil olacaq. “İnanıram ki, administrasiya son aylarda qanun layihəsinə ATACMS hazırlamaq və təmin etmək üçün dəyişiklər edib-deyə o vurğulayıb. (Tass)