Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin növbəti dəfə artmasının qarşısını almaq üçün İranla əlaqə saxlamayıb. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
“Müdafiə Nazirliyinə gəldikdə isə, xəbər verəcək heç nəyim yoxdur” deyən Sinq, ABŞ-ın daha da gərginləşməsinin qarşısını almaq üçün İran rəsmiləri ilə birbaşa və ya dolayısı əlaqədə olub-olmadığı sualına cavab verib. (Tass)