ABŞ-ın İordaniya-Suriya sərhədində 3 əsgərinin şəhid olduğu pilotsuz uçuş aparatının (PUA) hücumuna “həftələrlə” davam edəcək “kampaniya” ilə cavab verməyə hazırlaşdığı bildirilib.
Rəsmilər NBC News-a bildiriblər ki, ABŞ rəsmiləri hədəflər üzərində işləməyə davam edir.
Adının açıqlanmasını istəməyən sözügedən rəsmilər, Bayden administrasiyasının hədəfləri hələ yekunlaşdırmadığını, lakin “həftələr” davam edə biləcək bir “kampaniya”ya hazırlaşdıqlarını paylaşıblar.
Məqsədlər üzərində işləyirik. İrandan başqa İranla əlaqəli hədəflərin də yer alacağı, cavab kampaniyasına həm hücumlar, həm də kiber əməliyyatların daxil ediləcəyi bildirilib.
ABŞ rəsmiləri, xüsusilə Bayden, İranın dəstəklədiyi qrupları hücuma görə məsuliyyət daşıdığını və hücuma ABŞ-ın seçdiyi vaxt və yerdə cavab veriləcəyini bildirib.
İran isə sözügedən hücumla əlaqəsi olduğu iddialarını rədd edərək, “Bölgədəki müqavimət qüvvələri qərar və hərəkətlərində İrandan təlimat almır” deyib.
İran rəsmiləri “ABŞ hədələyici dildən istifadə etməyi və başqalarını ittiham etməyi dayandırmalı və siyasi həll yoluna diqqət etməlidir” deyib. O, ölkəyə qarşı istənilən hücuma “qətiyyətli və tez” cavab verəcəklərini bəyan edib. (TRT Haber)