ABŞ oktyabrın 7-də fələstinli silahlıların İsrailə hücumu ilə əlaqədar Fələstinin Həmas hərəkatının üzvlərinə və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran silahlı qüvvələrinin elit bölmələri) qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
“Bu gün Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) HƏMAS-la əlaqəli əsas məmurlara və maliyyə şəbəkələrinə qarşı sanksiyaların ikinci mərhələsini həyata keçirib”, – deyə məlumatda qeyd olunub. Bu addımın “Oktyabrın 7-də İsrailə qarşı vəhşi hücumlardan” sonra atıldığı aydınlaşdırılır. Məhdudiyyətlərə İrandakı Həmas nümayəndəsi, SEPAH-ın bəzi üzvləri, həmçinin “Qəzza zolağında İranın qeyri-qanuni vəsaitlərinin HƏMAS və İslami Cihad qruplaşmasına ötürülməsi üçün kanal rolunu oynadığı” iddia edilən təşkilat daxildir. (Tass)