Birləşmiş Ştatlar hesab edir ki, Fələstinin radikal HƏMAS hərəkatı yəhudi dövlətinə beynəlxalq təzyiqləri artıracağına ümid edərək İsraillə sövdələşməyə hazır deyil. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan vətəndaşları girovluqda olan 17 ölkənin səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə bildirib ki, HƏMAS İsraillə danışıqlardan çıxıb. Çünki Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasını tələb edərək yəhudi dövlətinə beynəlxalq təzyiqi artırmağa ümüd edir. Portalın qeyd etdiyi kimi, Sullivanın sözlərinə görə, ABŞ rəhbərliyi “qənaətə gəlib” ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar “hazırda [hərbi] razılaşma istəmir”.
Axios mənbələrinə görə, ABŞ prezidentinin köməkçisi həmsöhbətlərinə HƏMAS-a təzyiqin artırılmasının vacibliyinə işarə edərək, “hərbi təzyiqin kifayət etmədiyini” etiraf edib. “O, ölkələrindən bu mesajı birbaşa, vasitəçilər vasitəsilə və ya açıq bəyanatlarla Həmas-a çatdırmağı xahiş etdi”, portal iddia edib. (Tass)