ABŞ hesab edir ki, Ukraynada atəşkəs əldə olunmadan Rusiya Federasiyası ilə münasibətlərdə heç bir dinamika gözləmək olmaz. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.
“Düşünürəm ki, [Birləşmiş Ştatların prezidenti Donald Tramp] hazırda Rusiya ilə gündəmdə yalnız bir məsələnin olduğunu açıqlayıb, o da [Ukraynada] atəşkəsdir. Və bu məsələ həll olunana qədər başqa heç bir məsələyə baxılmayacaq”, – o deyib. (Tass)