Qəzza zolağındakı münaqişə bütün dünyada antisemitizm və islamofobiyanın kəskin artmasına səbəb olub və bunun qarşısını almaq üçün tədbirlər görülməlidir. Bu mövqeyi ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Biz sözlərin təkcə İordan çayının qərb sahilində deyil, bütün dünyada necə nəticələr verdiyini gördük. Son iki ay ərzində biz həm internetdə, həm də icmalarımızda antisemitizm və islamafobiya artımının şahidi olduq. Ritorika vacibdir. Və biz bu təhlükəli insanlığın qarşısını almaq üçün daha çox iş görməliyik”, – diplomat bildirib. (Tass)