ABŞ-ın İraqdakı səfirliyi ölkə vətəndaşlarını yerli şiə qruplarının Amerika obyektlərinə növbəti hücumları riski ilə bağlı xəbərdar edib. Müvafiq mesaj səfirliyin veb saytında yerləşdirilib.
“Onlar (qruplar ), ehtimal ki, İraq Kürdüstanı da daxil olmaqla, ABŞ vətəndaşlarına və ABŞ ilə əlaqəli hədəflərə qarşı yeni terror hücumları həyata keçirmək niyyətindədirlər”, – deyə bəyanatda qeyd olunur.
Aprelin 8-də İraq şiə qrupları Bağdad beynəlxalq hava limanının və ABŞ diplomatik dəstək mərkəzinin ərazilərinə hücum etmək üçün dronlardan istifadə ediblər.
Səfirlik əlavə edib ki, ABŞ və İran arasında elan edilmiş atəşkəsdən sonra ölkənin hava məkanı yenidən açılsa belə, ABŞ vətəndaşları İraqa səyahət etməkdən çəkinməlidirlər. (Tass )
