ABŞ-ın Kiprdəki hazırkı səfiri Culi Devis ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili vəzifəsinin icrasına başlayacaq. Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio “səfir Julie Davisin [ABŞ-ın] Kiyevdəki müvəqqəti işlər vəkili vəzifəsini tutmasına qərar veriblər”. Brüs vurğulayıb ki, Devis 2023-cü ilin fevralından ABŞ-ın Kiprdəki səfiri vəzifəsində çalışıb. ABŞ Dövlət Departamentinin saytında yerləşdirilən məlumatlara görə, o, 2020-ci ildən ABŞ-ın Belarusdakı səfiri də olub.
Aprelin əvvəlində Dövlət Departamenti ABŞ-ın Ukraynadakı səfiri Bridget Brinkin istefasını təsdiqləyib. Brink bu vəzifəyə 2022-ci ilin aprelində ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən irəli sürülüb. Həmin ilin may ayında namizədlik ABŞ Senatı tərəfindən təsdiqlənib və Brink Kiyevə gəlib. (Tass)