Çin Ukrayna münaqişəsində Rusiyanı dəstəkləyir və artıq neytral mövqe tutmur. Bu fikri ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib.
“ÇXR bu halda həqiqi neytrallıq iddia edə bilməz ; Amerikalı diplomatın sözlərinə görə, Birləşmiş Ştatlar Pekinin Moskvaya ikili təyinatlı mallar ötürməsinin əlamətlərini “gedərək qeyd edir”. Eyni zamanda o, etiraf edib ki, Vaşinqtonda Çinin Rusiyaya silah tədarükü barədə məlumat yoxdur.
Çin Xarici İşlər Nazirliyi dəfələrlə vurğulayıb ki, Pekin Ukraynadakı münaqişənin tərəfi deyil və Çinin Rusiya Federasiyasına silah tədarük etdiyi barədə xəbərlər həqiqətə uyğun deyil. (Tass)